Biznesin idarə edilməsi ixtisasını oxumağın məqsədi təhsil alanlar əsasən iki funksional sahəni: idarəetmə strategiyasını və ümumi strategiyanı dərindən mənimsəməyə imkan verir. Məzunlar həm özəl həm dövlət sektorunda idarəetmə, insan resurslarının idarəedilməsi, istehsalın idarəedilməsi, maliyyə, mühasibət, marketinq, tədqiqat və inkişaf, ictimaiyyətlə əlaqələr kimi sahələrdə mütəxəssis olaraq işləyə bilərlər. Eyni zamanda məzunlar menecer, strateji idarəetmə mütəxəsssisi, istehsalat mütəxəssisi, layihələrin idarə edilməsi üzrə mütəxəssis, CEO, CEO, biznes analitik peşələrində işləyə bilərlər.
Ümumi müddəalar
- Biznesin idarə edilməsi ixtisasının xarakteristikası
Biznesin idarə edilməsi ixtisası praktik baxımdan biznes mühitinin dərindən mənimsənilməsini və qeyri-müəyyən biznes mühitində strategiyanın formalaşmasını öyrədir, həmçinin rəqabət qabiliyyətli idarəetmə qərarlarının qəbul edilməsi sirrlərini aşılayır. İxtisas üzrə tədris edilən fənlər müxtəlif regionlarda yeni biznes fəaliyyəti göstərən şirkətlərə vergi yükü və hüquqi iddia arasında (trade-off) düzgün seçim eməyi, coğrafi seqmentlərdə iqtisadi sistemin özəlliklərini öyrənməyi, qlobal təchizat şəbəkəsinin idarəedilməsini və beynəlxalq maliyyə riskinin idarəedilməsinin nəzəri və praktik həlli yollarının müəyyənləşdirilməsini təmin edir.
- Ali peşə təhsilinin təhsil proqramının xüsusiyyətləri
Biznesin idarə edilməsi ixtisası müəssisələrin fəaliyyəti, funksiyaları və əlaqələri barədə məlumat vermək və bu sahədə təcrübə təmin etmək üçün nəzərdə tutulmuşdur. İxtisas həmçinin bakalavrın praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
- Abituriyent üçün tələblər
Təşkilatçılıq, ünsiyyət və qərar qəbuletmə bacarıqları olanlar üçün
- Magistr təhsilini davam etdirmək imkanları
Bu ixtisası seçən magistrantlar idarəetmə üzrə ümumi biliklərə yiyələnirlər və onlar geniş spektrdə karyera seçimi etmək imkanını əldə edirlər.
- Təhsil proqramlarının əsas istifadəçiləri
Biznesin idarə edilməsi biznesin idarə olunmasını öyrədən elm sahəsidir. O, biznes əməliyyatlarına nəzarətin bütün aspektlərini əhatə edir. O, həmçinin idarəetmə və liderlik baxımından mühasibat uçotu, maliyyə, layihənin idarə edilməsi və marketinqi əhatə edən sahələri də əhatə edir.
- Məzunun ixtisas xüsusiyyətləri
Məzunlar həm özəl, həm də hökumət sektorlarında ixtisas üzrə aldıqları təlim proqramı ilə geniş bir sahədə iş tapmaq imkanı əldə edirlər. Eyni zamanda, departament kursları tələbələrə sahibkarlıq bacarıqlarını yaratmaq, öz bizneslərini qurmaq, riskləri qəbul etmək və yaradıcı düşünmək kimi kömək edir.
- Peşəkar fəaliyyət sahəsi
Məzunlar həm özəl həm dövlət sektorunda idarəetmə, insan resurslarının idarəedilməsi, istehsalın idarəedilməsi, maliyyə, mühasibət, marketinq, tədqiqat və inkişaf, ictimaiyyətlə əlaqələr kimi sahələrdə mütəxəssis olaraq işləyə bilərlər. Eyni zamanda məzunlar menecer, strateji idarəetmə mütəxəsssisi, istehsalat mütəxəssisi, layihələrin idarə edilməsi üzrə mütəxəssis, CEO, CEO, biznes analitik peşələrində işləyə bilərlər.
- Peşə fəaliyyətinin obyektləri
Peşə fəaliyyətinin obyektlərinə həm özəl həm dövlət sektorunda idarəetmə, insan resurslarının idarəedilməsi, istehsalın idarəedilməsi, maliyyə, mühasibət, marketinq, tədqiqat və inkişaf, ictimaiyyətlə əlaqələr kimi sahələr daxildir.
- Peşə fəaliyyətinin növləri və vəzifələri
Proqram biznes idarəçiliyinin insan resursları menecmenti, iqtisadi qanunvericilik, marketinq, biznesin tənzimlənməsi və s. kimi əsas yarımsahələrini əhatə edir ki, bu da bugünkü dünya iqtisadiyyatında biznes strukturlarını anlamağı özünün əsas vəzifələri içərisinə daxil edir.
- Təhsil proqramının məqsədi
Biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi proqramı tələbələrə biznes təşkilinin səmərəli fəaliyyəti üçün menecmentin təcrübə və prinsiplərini öyrədən əyani tədris proqramıdır. Tələbələr strateji planlaşdırma, təşkilat rəhbərliyi, insan resurslarının idarə edilməsi və korporativ idarəetmə üzrə bilik və bacarıqlarla təmin olunurlar. Proqram ixracat, idxalat, beynəlxalq marketinq, beynəlxalq maliyyə və sahibkarlıq üzrə xüsusilə xarici dillərə diqqət ayırmaqla müfəssəl bilik və paraktiki təcrübə imkanları yaradır. Həmçinin menecment və iqtisadiyyatın riyazi və statistik fənlərlə əlaqəsinə xüsusi yer ayrılır.
- Məzunun bilik və bacarıq kompetensiyaları
İdarəetmə və təşkilatla bağlı biliklərə yiyələnir, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilir.
Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət va metodlar təklif edə və planlaşdıra bilir, onların qısa va uzunmüddətli nəticələrini təhlil etmə bacarığına malik olur.
Biznesin əsasları, idarəetmə, istehsalın təşkili, təşkilatı davranış, insan resurslarının idarəedilməsi, mühasibatlıq va maliyyə işlərinin təşkili, marketinq va ictimaiyyətlə əlaqələr sahəsində işin təşkili ilə bağlı biliklərə yiyələnir.
Beynəlxalq biznes. xarici bazarlarda fəaliyyət göstərməyin yolları və strategiyaları ilə bağlı biliklərə sahib olur. Biznesin işgüzar imicinin dəyişmə səviyyəsini təhlil edə və onun formalaşdırılması istiqamətlərini müəyyən edə bilir.
Mülkiyyət formasından aslı olmayaraq bütün biznes subyektlərinin hesabatlarında əks olunan maliyyə, mühasibat va digər informasiyaları təhlil edərək qruplaşdırmağı, onlardan idaretmə qərarlarının qəbulunda istifadə edilməsini bacarır. Maliyyə hesabatlarının hazırlandığı normativ bazanı bilir.
Biznes planın hazırlanması, biznesin qurulması və idarəedilməsi sahəsində işlərin təşkilini bilir, biznesin maliyyə, mühasibatlıq, marketinq, investisiya va digər siyasətlərinin hazırlanmasında iştirak etməyi bacarır.
Beynəlxalq idarəetmə və keyfiyyət serifikatlaşdırılması ilə bağlı nəzəri və praktiki biliklərə sahib olur. Beynəlxalq şirkətlər, onların idarə edilməsi, inkişafi və beynəlxalq rəqabət aparması metodları haqqında, eləcə də beynəlxalq istehsalın təşkili va beynəlxalq təchizat zəncirlərinə inteqrasiya metodları haqqında biliklərə sahib olur.