Turizm işinin təşkili ixtisasını oxumağın məqsədi turizm iqtisadiyyatını araşdırır,turizm firmalarının ,otellərin fəaliyyətini öyrənir. Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri ,satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uygun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır.
Ümumi müddəalar
1. Turizm işinin təşkili ixtisasının xarakteristikası
Müasir dünyada turizm dünya iqtisadiyyatının aparıcı sektorudur;
Turizm iqtisadiyyatın gəlirli sahəsidir, çünki müxtəlif səviyyələrdə gəlir mənbəyidir;
Turizm iqtisadi artım üçün istifadə olunan xarici valyutanın alınması mənbəyidir;
Turizm sayəsində bu sahədə məşğul olanların sayı artıb, yəni. bu sənayedə əlavə iş yerləri tutulur;
Turizm ölkələrin və regionların xalq sənətkarlıqlarının və milli mədəniyyətinin qorunub saxlanmasına kömək edir;
O, iqtisadi artımın katalizatorudur, ticarətin, nəqliyyatın və kənd təsərrüfatının inkişafına təkan verir.
2. Ali peşə təhsilinin təhsil proqramının xüsusiyyətləri
Turizm və otelçilik tələbələrə idarəetmə sahəsində təhlil qabiliyyətini, otel idarəçiliyi sahəsində bilik və bacarıqların aşılanmasını təlqin edən çoxsahəli əyani təhsil proqramıdır.
3. Abituriyent üçün tələblər
Səyahət etmək, təşkilatçılıq, tədqiqatçılıq və potensial meyilləri anlamaq, müqayisə etmək və şərh etmək bacarığınız varsa Turizm işini təşkili ixtisası ən doğru seçimdir.
4. Magistr təhsilini davam etdirmək imkanları
Tələbələr turizm sahəsində uğurlu karyera qurmaq və daha dərin bilik və bacarıqlara sahib olmaq üçün magistr təhsili uğurlu seçimdir.
5. Təhsil proqramlarının əsas istifadəçiləri
Bu ixtisas sahibləri hazır məhsulun reklamı ilə məşgul olur, turizm agentlikləri ilə turizm məhsullarının satışına dair müqavilələr bağlayır. Bu ixtisas üzrə məzun olmuş şəxslər tur operatorlar, tur menecerlər , turizm tədqiqatçıları adlanırlar. Hal-hazırda istirahət və əyləncə sənayesində ən çox axtarılan peşələrdən biridir.
6. Məzunun ixtisas xüsusiyyətləri
Məzunlar davamlılıq prinsiplərinin üstünlük təşkil etdiyi turizm sahəsi ilə daha dərindən tanış olurlar. Onlar liderlik, idarəetmə, marketinq və strateji idarə etmə sahələrində başlıca biznes bacarıqlarını əldə edir və bu bacarıqları mədəni müxtəliflik konteksində heyətin necə idarə edilməsini öyrənməklə daha da genişləndirirlər.
7. Peşəkar fəaliyyət sahəsi
Hal-hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas proritet sahələrdən hesab olunur.
8. Peşə fəaliyyətinin obyektləri
Peşə fəaliyyətinin obyekti Turizm meneceridir. Turizm meneceri turist səfərlərini və səyahətlərini təşkil edən mütəxəssisdir. Müştərilərlə məsləhətləşir, ölkələr, şəhərlər, kurortlar haqqında məlumat verir, marşrutları və attraksionları müəyyən etməyə kömək edir. Turizm mütəxəssisi biletləri, otelləri sifariş edir, sənədləri hazırlayır və köçürmələr sifariş edir.
9. Peşə fəaliyyətinin növləri və vəzifələri
Səyahət təşkil edən mütəxəssisə turizm meneceri deyilir. Menecerin əsas vəzifəsi tur seçimində kömək etməkdir (istirahət üçün istədiyiniz ölkəni müəyyənləşdirmək və marşrutu düşünmək). Həmçinin, turizm menecerinin vəzifələrinə bütün sənədlərlə köməklik etmək, bilet almaq, otaqların rezervasiyası və s. daxildir.
10. Təhsil proqramının məqsədi
Tələbələr turizm sahəsində uğurlu karyera qurmaq üçün önəmli olan bacarıqlarla yanaşı texniki və nəzəri bilikləri əldə etmə imkanlarına sahib olurlar. Proqram otel idarəetməsi anlayışında mühüm əhəmiyyət kəsb edən marketinq, iqtisadiyyat və insan resurslarının idarə edilməsi sahələrini əhatə edir.
11. Məzunun bilik və bacarıq kompetensiyaları
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
Turizm müəssisələrində idarəetmənin beynəlxalq və yerli ölçülərini dərk etmək, müessisənin daxili və xarici mühitini təhlil etmək bacarıqlarına;
Turizm sektorunun tələblərinə uygun olaraq informasiya-kommunikasiya texnologiyalarından və proqramlarından (Excel, Word,Power Point, Photoshop, SPSS, Stata, Python ve s.) istifadə edə bilmək bacarıqlarına;
Turizm sahəsində Azərbaycanın strateji inkişaf məqsədlərini və prioritetlərini təhlil edə və qiymətləndirə bilmə bacarıqlarına;
Beynəlxalq turizm bazarlarında mövcud və potensial meyilləri anlamaq, müqayisə etmək və şərh etmək bacarığına;;