Dövlət və bələdiyyə idarəetməsi ixtisasını oxumağın məqsədi təhsil alan tələbələr tədris planında nəzərdə tutulan fənnlərin öyrənilməsi bakalavrlara dövlət idarə edilməsi ilə bələdiyyə idarə edilməsinin vahid sistem təşkil etməsini və cəmiyyətin hormonik inkişafında dövlət və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin zəruriliyi sahəsində müvafiq biliklər verməyi nəzərdə tutur. Bu ixtisas üzrə təhsil almış bakalavrlar mərkəzi və yerli dövlət idarəetmə orqanlarında, yerli özünüidarəetmə orqanlarında, yerli və regional mərkəzlərdə, taşkilatı-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, beynəlxalq təşkilatlarda, mövcud qaydalara riayət edilməklə müxtəlif elm və təhsil müəssisələrinin müvafiq bölmələrində və peşə-ixtisasına uyğun strukturlarda işləyə bilərlər.
Ümumi müddəalar
1. Dövlət və bələdiyyə idarəetməsi ixtisasının xarakteristikası
Proqram çərçivəsində mütəxəssislər yerli icra hakimiyyət orqanları səviyyəsində idarəetmə qərarlarının hazırlanması funksiyalarının həyata keçirilməsi, onların fəaliyyətinə nəzarət sistemlərinin yaradılması ilə bağlı uğurlu praktiki iş üçün bütün zəruri bilik və uzunmüddətli bacarıqları əldə etmək üçün hazırlanırlar. Tələbələrdə dövlət və bələdiyyə idarəetməsinin avtomatlaşdırılmış sistemlərindən istifadə sahəsində sabit bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir.
2. Ali peşə təhsilinin təhsil proqramının xüsusiyyətləri
Bu ixtisas dövlət idarəetməsi anlayışının, məzmunu və formalarını; bələdiyyə menecmenti və özünüidarəetmə məsələlərini; Azərbaycanda dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müasir sistemini; dövlət orqanlarının təsnifatını, onların funksiyalarını və quruluşunu; dövlət xidmətinin əsaslarını; dövlət xidmətinin təşkili və yerinə yetirilməsini; bürokratiya və dövlət idarəetməsini; xarici ölkələrdə dövlət xidmətinin təşkili məslələrini öyrənir.
3. Abituriyent üçün tələblər
Əgər yaxşı ünsiyyət bacarığı olan və başqalarına mürəkkəb problemlərin həllində kömək etməyi sevən işgüzar, təşkilatçı insansınızsa, bu, nəzərə almalı olduğunuz əsas məsələ ola bilər.
4. Magistr təhsilini davam etdirmək imkanları
Dövlət və bələdiyyə ixtisası üzrə daha dərin biliklərə sahib olmaq istəyənlər və karyera qurmaq istəyənlər üçün magistr təhsili düzgün seçimdir
5. Təhsil proqramlarının əsas istifadəçiləri
Dövlət və bələdiyyə idarəsi sahəsində çalışan mütəxəssislər büdcənin tərtibatı, mənzil və kommunal xidmətlərə nəzarət etmə kimi işlərlə məşğul olur.
Dövlət və bələdiyyə idarəsi ixtisası üzrə təhsil alan tələbələr aşağıda sadalanan fənləri öyrənir: mühasibat uçotu, politologiya, marketinq, vergi və vergiqoyma, sosiologiya, iqtisadi nəzəriyyə və s.
6. Məzunun ixtisas xüsusiyyətləri
Dövlət və bələdiyyə idarəsi ixtisasını öyrənən zaman tələbələr normativ hüquqi akt layihələri hazırlamağı, büdcəni planlaşdırmaq və xərclərin səmərəliliyini hesablamağı, sənəd mübadiləsi aparmağı, dövlət orqanları ilə KİV arasında əlaqə yaratmağı, dövlət və bələdiyyə idarəsi orqanlarında işlərin təşkil etmə üsullarını öyrənirlər.
Bu ixtisası bitirən zaman məzunlar müxtəlif vəzifələrdə çalışa bilər: dövlət qulluqçusu,dövlət və bələdiyyə idarəsi üzrə mütəxəssis, maliyyə meneceri və s.
7. Peşəkar fəaliyyət sahəsi
Dövlət və bələdiyyə idarəetməsi” ixtisasında yerli özünüidarəetmənin prinsipləri və vəzifələri; bələdiyyə menecmentinin strukturu və təşkili; dövlət idarəetməsi, korporativ idarəetmə və yerlərdə özünüidarəetmənin əlaqələndirilməsi; dövlət hakimiyyəti, yerli özünüidarəetmə və müəssisə orqanlarının qarşılıqlı təsirlərinin təşkili; yerli özünüidarəetmənin iqtisadi sasları; yerli özünüidarəetmənin iqtisadi əsasları; yerli özünüidarəetmənin maliyyə təminatı; şəhərlərin idarə edilməsi xüsusiyyətləri; dövlət və bələdiyyə idarəetməsi sahəsində qərarların işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması, həmçinin xarici ölkələrdə yerli özünüidarəetmənin təşkili; yerlərdə dövlət idarəetmə orqanlarını və yerli idarəetmə orqanlarının strukturu və funksiyaları da araşdırılır.
8. Peşə fəaliyyətinin obyektləri
Peşə fəaliyyətinin əsas obyektləri dövlət və özəl müəsissələridir. Dövlət və bələdiyyə idarəsi ixtisasını öyrənən zaman tələbələr normativ hüquqi akt layihələri hazırlamağı, büdcəni planlaşdırmaq və xərclərin səmərəliliyini hesablamağı, sənəd mübadiləsi aparmağı, dövlət orqanları ilə KİV arasında əlaqə yaratmağı, dövlət və bələdiyyə idarəsi orqanlarında işlərin təşkil etmə üsullarını öyrənirlər.
Bu ixtisası bitirən zaman məzunlar müxtəlif vəzifələrdə çalışa bilər: dövlət qulluqçusu,dövlət və bələdiyyə idarəsi üzrə mütəxəssis, maliyyə meneceri və s.
9. Peşə fəaliyyətinin növləri və vəzifələri
Peşakar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək, peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmillaşdirilmək, vaxti idare etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətləri ixtisasın əsas vəzifələrindəndir.
10. Təhsil proqramının məqsədi
Proqram dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının təşkilini və səmərəli fəaliyyətini təmin edə bilən menecerlərin hazırlanması məqsədi daşıyır. Bu, dövlət və bələdiyyə xidmətləri ilə bağlı mövcud qanunvericilik bazasının tələblərinə əsaslanır.
11. Məzunun bilik və bacarıq kompetensiyaları
İxtisası üzrə Azərbaycan dilində şifahi va yazılı kommunikasiya bacarıqlarına;
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
Komandada iş, problemin həllinə ortacı yanaşmaya nail olmaq qabiliyyətinə;
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
Məsələlərin həlli üçün əlavə malumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
Peşakar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmillaşdirilmək, vaxti idare etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, hamçinin keyfiyyətə üstünlük vermək bacarığına;
Bilik va bacanqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.