Ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərmək
100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilmək
Azərbaycan Dövlət İqtisad Universitetinin təməli 19 iyun 1930-cu ildə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun yaradılması ilə qoyulmuşdur. Sovet dövründə sosialist Azərbaycan iqtisadiyyatını iqtisad, maliyyə, statistika, mühasibat və digər sahələr üzrə yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədi ilə fəaliyyət göstərən bu ali təhsil ocağı, 1990-cı ildən Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrilmiş və müstəqil Azərbaycanda da müəyyən müddət bu ad altında fəaliyyətini davam etdirmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılmışdır. Prezident Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə də Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusu verilmişdir. 21 iyun 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilməsi yolu ilə yenidən təşkilinə başlanmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti böyük bir inkişaf yolu keçmişdir. 21 yanvar 2016-cı ildən dövlət qeydiyyatından keçmiş UNEC brendi ilə təhsil xidmətləri bazarında fəaliyyət göstərən Universitet, hazırda Azərbaycan iqtisadiyyatını iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yüksək ixtisaslı kadrlarla təmin edən əsas ali təhsil müəssisəsidir. Bu gün Universitet Bakı şərhərindəki 4 tədris binası və 1 kolleci, Rusiya Federasiyasının Dərbənd şəhərində və Zaqatala rayonundakı filialları və baza məktəbi ilə Qafqazın iqtisad yönümlü ən böyük ali təhsil ocağıdır. Ali təhsilin bakalavr, magistr və doktorantura pillələri üzrə 4 dildə təhsil xidmətləri göstərən Universitet, nüfuzlu QS Reytinq Agentliyinin hesabatına görə hazırda “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu”nun iqtisad yönümlü ən yaxşı 5-ci universitetidir.
Təsir Reytinqləri (Impact Rankings) | ![]() | 1001-1500 |
Dövlət İmtahan Mərkəzi |
Əcnəbi tələbələrin qəbulu daxili qaydalara əsasən aparılır. |
Qəbul balı | İxtisas |
---|---|
200 | Materiallar mühəndisliyi |
265 | Maşın mühəndisliyi |
273 | Ekologiya |
306 | Ekologiya mühəndisliyi |
312 | Menecment |
321 | Statistika |
327 | Biznesin idarə edilməsi |
327 | Menecment |
330 | Dövlət və bələdiyyə idarəetməsi |
336 | Dövlət və bələdiyyə idarəetməsi |
346 | Marketinq |
350 | Biznesin idarə edilməsi |
351 | Statistika |
357 | Menecment |
361 | Dövlət və bələdiyyə idarəetməsi |
367 | Sənaye mühəndisliyi |
371 | Qida mühəndisliyi |
376 | Beynəlxalq ticarət və logistika |
379 | Marketinq |
397 | Beynəlxalq münasibətlər |
397 | İqtisadiyyat |
402 | Mühasibat |
405 | Beynəlxalq ticarət və logistika |
415 | Elektrik və elektronika mühəndisliyi |
421 | Mühasibat |
438 | Kommunikasiya sistemləri |
440 | İqtisadiyyat |
467 | Sosial iş |
501 | Maliyyə |
527 | Maliyyə |
584 | Kompüter mühəndisliyi |
587 | Kompüter elmləri |
610 | İnformasiya texnologiyaları |
622 | İnformasiya təhlükəsizliyi |
698 | Mühəndis fizikası |
698 | Mühasibat |
Fakültə (məktəb) adları |
---|
Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) |
Biznes və Menecment Fakultəsi |
Maliyyə və Mühasibat Fakültəsi |
Mühəndislik fakültəsi |
Rəqəmsal iqtisadiyyat fakültəsi |
Rus İqtisad Məktəbi |
Türk Dünyası İqtisad Fakültəsi |
Dizayn Məktəbi |
İqtisadiyyat və İdarəetmə Fakültəsi |
UNEC Biznes Məktəb |
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi |
Magistratura İxtisas adı |
---|
Biznesin təşkili və idarə edilməsi (səhiyyənin idarə edilməsi üzrə) |
Dizayn-MSc |
Biznesin idarə edilməsi-MSc |
Mühasibat uçotu və audit-MSc |
Menecment-MSc |
Marketinq-MSc |
Çoxişlənən malların texnologiyası mühəndisliyi-MSc |
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-MSc |
İstehlak mallarının ekspertizası və marketinqi-MSc |
Kompüter elmləri-MSc |
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi-MSc |
Qida məhsulları mühəndisliyi-MSc |
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi-MSc |
Dövlət və bələdiyyə idarəetməsi-MSc |
Dünya iqtisadiyyatı-MSc |
İqtisadiyyat-MSc |
Kommersiya-MSc |
Maliyyə-MSc |
Mühasibat uçotu və audit-MSc |
Sənayenin təşkili və idarə olunması-MSc |
Statistika-MSc |
Ekologiya-MSc |
MBA İxtisas adı |
---|
Biznesin təşkili və idarə edilməsi (bank və sığortanın idarə edilməsi üzrə) |
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi üzrə) |
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə olunması) |
Biznesin təşkili və idarə edilməsi (kiber təhlükəsizlik üzrə) |
Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə edilməsi üzrə) |
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (Proqram təminatı mühəndisliyi üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (Rəqəmsal biznesin idarə edilməsi üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (rəqəmsal marketinq üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (Rəqəmsal ekspertiza üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (risklərin idarə olunması üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (sosial media marketinqi üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (Süni intellekt üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi üzrə-MBA |
Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)-MBA |
Biznesin təşkili və idarə edilməsi (vergi idarə etməsi və vergi planlaşdırması üzrə-MBA |
Biznesin təşkili və idarə edilməsi (Ali təhsilin idarə edilməsi üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (idmanın idarə edilməsi üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)-MBA |
Biznesin təşkili və idarə edilməsi (qiymətli kağızlar üzrə)-MBA |
Adı |
---|
Adı |
---|
Adı |
---|
2100-2500 ₼
1000-2000 ₼
1600-2500 $
500-1500 $
Xeyr
500-1000 nəfər
2.62