Azərbaycan Tibb Universiteti

ATU

Missiya

Missiyamız bütün etik normalara cavab verən, dünya standartlarına və dövrün tələbinə uyğun tibbi təhsil vermək, innovativ tədqiqatlar aparmaq, insanların rifahını yüksəltmək və Azərbaycanda səhiyyənin inkişafını təşviq etmək üçün yüksək keyfiyyətli səhiyyə xidmətləri göstərməkdir.

Vizyon

Baxışımız təhsil, tədqiqat və səhiyyə sahəsində mükəmməlliyə görə tanınan və cəmiyyətin rifahına töhfə verən səriştəli səhiyyə işçiləri yetişdirdirməklə, regionda aparıcı tibb universiteti olmaqdır.

Nəticə
0

Universitet haqqında

Azərbaycan Tibb Universiteti  – minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir.

Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır.

ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və “Təbib” nəşriyyatı yerləşir.

Reytinqlər

Times Higher Education

Keyfiyyət göstəricisi

100%
Tələbə qəbulu fazi
16%
Tələbə-müəllim nisbəti
0%
Tələbə- Elmi dərəcəli müəllim nisbəti
7%
Xarici tələbə
0%
Məzunların işə qəbul olma faizi
Tələbə sayı
0

Məlumatlar

Qəbul forması

Dövlət İmtahan Mərkəzi
Əcnəbi tələbələrin qəbulu daxili qaydalara əsasən aparılır

İxtisaslar və qəbul balları

Qəbul balıİxtisas
Tibb bacısı işi
Əczaçılıq
İctimai səhiyyə
Fizioterapiya və tibbi reabilitasiya
Stomatologiya
Tibb
Fakültə (məktəb) sayı
0

Fakültə (məktəb) adları

Fakültə (məktəb) adları
I Müalicə-profilaktika fakültəsi
II Müalicə-profilaktika fakültəsi
Ictimai səhiyyə fakültəsi
Stomatologiya fakültəsi
Əczaçılıq fakültəsi
Hərbi tibb fakültəsi
Magistratura ixtisaslarının sayı
0

Magistratura ixtisaslarının adları

Magistratura İxtisas adı
Əczaçılıq kimyası
Farmakoqnoziya
Əczaçılıq texnologiyası
Toksikoloji kimya
Əczaçılığın təşkili
Menecment (səhiyyə sahəsi üzrə)
Mikrobiologiya
Biokimya
Klinik (tibbi) psixologiya
MBA İxtisas adı

Yerli vətəndaşlar üçün təhsil haqqı (bakalavr)

3600-5000 ₼

Yerli vətəndaşlar üçün təhsil haqqı (magistratura)

3600-5000 ₼

Xarici vətəndaşlar üçün təhsil haqqı (magistratura)

5100- 7000 $

Xarici vətəndaşlar üçün hazırlıq təhsil haqqı (bakalavr)

5100- 7000 $

Yataqana mövcuddurmu?

Bəli

Yataq sayı

500-1000 nəfər

1 tələbəyə düşən faydalı m2

22

Qallereya