Mexanika ixtisasını oxumağın məqsədi təhsil alan tələbələr şirkətlərdə, istehsal və xidmət sferasına daxil olan müəssisələrdə, sosial sferada və digər təşkilatlarda işləmək üçün lazım olan bilik və bacarıqları öyrənməkdir. Bu ixtisas üzrə təhsil almış bakalavrlar
• SOCAR;
• BP;
• BOS Şelf;
• Weir Oil and Gas və s. şirkətlər sahələrində çalışa bilərlər.
Ümumi müddəalar
1. Mexanika ixtisasının xarakteristikası
Mexanika mühəndisliyi, kiçik hissələrdən və cihazlardan (məslən, mikroölçülü sensorlar, mürəkkəb-şırnaqlı çap qurğusu ucluqları) böyük sistemlərə qədər (məsələn, kosmik gəmi, maşın alətləri) hər şeyi layihələndirən və istehsal edən bir sahədir. Mühəndis-mexanikin rolu hər hansı məhsulu ideyadan reallığa çevirməkdir. Bunu həyata keçirmək üçün birçox bacarıq tələb olunur. Bu səbəbdən mühəndis-mexanik xüsusi bacarılar və bilik əldə etməlidir. Bir məhsulu funksional, estetik və məruz qalacağı qüvvələrə və termal mühitə davamlı şəkildə layihələndirmək, onun istehsalının ən yaxşı yolunu müəyyən etmək və qüsursuz işləməsindən əmin olmaq üçün mühəndis-mexaniklərə, bu məhsulun, onun hissələrinin yaxud alt sistemlərinin qarşılaşacağı qüvvələri və termal mühiti başa düşmələri vacibdir. Bəlkə də, mühəndis-mexaniklərin xüsusi malik olduqları bacarıq hərəkətli obyektlərin və sistemlərin təhlil və layihələndirilməsi qabiliyyətidir.
2. Ali peşə təhsilinin təhsil proqramının xüsusiyyətləri
Mexanika mühəndisliyi ixtisası üzrə tədris proqramı çərçivəsində maşın hissələrinin və konstruksiya elementləri düyünlərinin layihələndirilməsinin ümumi məsələləri, mexaniki ötürmələr, maşınqayırma istehsalı prinsipləri, maşınqayırmada mütərəqqi emal üsulları və əməliyyatları, alət və dəzgahlar, avadanlıqların quraşdırma və təmir texnologiyaları, istehsalın ekoloji təhlükəsizliyi, istehsalda xüsusi təhlükəli və antropogen amillərin kəmiyyət və keyfiyyətcə təhlil üsulları öyrədilir.
3. Abituriyent üçün tələblər
Mexanika ixtisasları analitik və məntiqi düşünən, eyni zamanda bacarıqlı və yaradıcı olmalıdır. Onlar məlumatlarla işləməkdən və problemləri həll etmək üçün yaradıcılıq və innovasiyadan istifadə etməkdən həzz almalıdırlar. Bu tələbələr başqaları ilə əməkdaşlıq edə bilən və yaxşı ünsiyyət qura bilən liderlər olmalıdırlar. Mexanik mühəndislər həmçinin işlərinin etik, ətraf mühit, qlobal, iqtisadi və sosial təsirlərinə həssas olmalıdırlar.
4. Magistr təhsilini davam etdirmək imkanları
İxtisas üzrə magistr dərəcəsi ilə məzunlar bu sahədə tam ixtisaslaşma və karyera qurmaq imkanlarını əldə edə bilərlər.
5. Təhsil proqramlarının əsas istifadəçiləri
Mexanika ixtisası üzrə bacarıqlar praktik olaraq istehsal olunan hər bir şey üçün vacib olduğundan, mexanika mühəndisliyi ola bilsin ki, ən geniş mühəndislik sahəsidir. Mühəndis-mexaniklər aşağıdakılar da daxil olmaqla sənayenin hər bir sahəsində mühün rol oynayırlar:
- avtomobil sənayesi (maşın şassilərindən onun hər bir alt sisteminə qədər – mühərrik, ötürücü, sensorlar)
- aerokosmik sənayesi (təyyarələr, aviasiya mühərrikləri, təyyarə və kosmik gəmilərin idarəetmə sistemləri)
- avtomatika (robotlar, məlumat və təsvir əldə etmə, tanınma, idarəetmə)
- istehsalat (emal, dəzgahlar, prototipin yaradılması, mikroölçülü cihaz və komponentlərin hazırlanması)
- biotexnologiya (implantlar, protezlər, əczaçılıq sənayesi üçün maye sistemləri)
- kompüterlər və elektronika (disk oxuyanlar, çap qurğuları, soyuducu sistemlər, yarımkeçirici cihazlar)
- mikroelektromexaniki sistemlər, yaxud MEMS (sensorlar, aktuatorlar, mikrogüc generatorları)
- enerjinin çevrilməsi (qaz turbinləri, külək turbinləri, günəş enerjisi, yanacaq elementləri)
- ətraf mühitin vəziyətinə nəzarət (İVK, kondisioner, soyuducu, kompressor)
6. Məzunun ixtisas xüsusiyyətləri
Məzunlar biomühəndislik, biomexanika, məhsul dizaynı və ya istehsal sahəsinə daxil olmağı seçə bilər və ya hidravlika, dəzgah alətləri və ya cihazlarla işləyə bilərlər. Nanotexnologiyada maşınqayırma işləri ilə maraqlananlar – mikroskopik materialları və cihazları öyrənmək və inkişaf etdirmək – əsas elmi biliklərini dizayn və istehsal imkanları ilə birləşdirə bilərlər.
7. Peşəkar fəaliyyət sahəsi
Mexanika ixtisası insan bədəni də daxil olmaqla hərəkət edən hər bir şeylə məşğul olur. Mühəndis-mexaniklər, mexaniki sistemləri başa düşmək üçün materiallar, bərk cismlər və maye mexanikası, termodinamika, istiliyin ötürülməsi, idarəetmə, nəzarət-ölçü cihazları, layihələndirmə və istehsalat haqda öyrənirlər.
8. Peşə fəaliyyətinin obyektləri
Peşə fəaliyyətinin obyekti mexanika sistemləridir. Mexanika mühəndisliyi ixtisası cəmiyyəti dəstəkləyən məhsulların dizaynı üçün mexaniki sistemlərdən necə istifadə etməyi öyrənir.
9. Peşə fəaliyyətinin növləri və vəzifələri
Bir mexanikin fəaliyyət dairəsi birbaşa onun hansı vəzifəni tutmasından asılıdır: idarəedici və ya tabeliyində olan.
Mexanik mühəndis, rəhbərliyin nümayəndəsi olaraq gündəlik olaraq bir sıra vəzifələri yerinə yetirir:
Yeni avadanlıqların dizaynı və inkişafı. Demək olar ki, bütün iş günü bu proseslərlə məşğul olur.
Tabeliyində olanlara göstərişlər vermək və onların icrasına nəzarət etmək. Mühəndis işçilərin öz vəzifələrini yerinə yetirməsini təmin etməli olan bir menecerdir, çünki müəssisədəki bütün mexanizmlərin əlaqələndirilmiş işləməsi onlardan asılıdır.
Layihələriniz üçün təqdimatların hazırlanması. Önəmli olan təkcə inkişaf deyil, həm də onu ictimaiyyətə təqdim etmək və kapital qoyuluşuna layiq olduğunu sübut etmək bacarığıdır.
Görülən işlər və mexaniklər qrupunun səmərəliliyi haqqında hesabatların tərtib edilməsi.
Digər mexaniki mütəxəssislər daha dar məqsədli vəzifələri yerinə yetirirlər:
Problemləri tamamilə aradan qaldırmağa və avadanlıqların işini bərpa etməyə yönəlmiş müxtəlif mürəkkəblikdə təmir işləri.
Avadanlıqların diaqnostik prosedurları.
Uzunmüddətli və düzgün işləməyi təmin etmək üçün işçilərə avadanlığın istismarı qaydalarını öyrətmək.
Mexanizmlərin işləməsi üçün vəzifə təlimatlarının tərtib edilməsi.
10. Təhsil proqramının məqsədi
Tələbələr texniki-iqtisadi əsaslandırılmanın prinsip və metodlarının öyrənilməsi, ondan istifadə edilməsi, yeni texnoloji proseslərin təhlili, təbiətdən səmərəli istifadə və ətraf mühitə dağıdıcı təsir etməyən texnologiyanın yaradılmasının ekoloji prinsipləri haqqında biliklərə nail olurlar.
11. Məzunun bilik və bacarıq kompetensiyaları
Mexanika ixtisası üzrə məzunların əldə etdikləri kompetensiyalar:
Xarat (torna) yonqarı vasitəsilə val tipli hissələrin emalı
CAD proqramı vasitəsilə mexaniki çertyojun çəkilməsi
3D CAD proqram təminatı vasitəsilə 3D formanın modelləşdirilməsi
CNC tipli xarat (torna) dəzgahı üçün manual proqramın yaradılması
CNC tipli xarat (torna) dəzgahı üçün avtomatik proqramın yaradılması
CNC tipli xarat (torna) dəzgahından istifadə etməklə detalların kəsilməsi
CAM proqram təminatı vasitəsilə NC məlumatların hazırlanması
CNC tipli çoxfunksiyalı dəzgah üçün manual proqramın yaradılması
CNC tipli çoxfunksiyalı dəzgah üçün avtomatlaşdırılmış proqramın yaradılması
Çilingər mişarı ilə detalların mişarlanması
Masaüstü dəlmə dəzgahı vasitəsilə detalların deşilməsi
Dəlik genəldən alətlə detalların genişləndirilməsi
Yüksək sürətli metalkəsən dəzgahla detalın kəsilməsi