Beynəlxalq ticarət və loqistika ixtisasını oxumağın məqsədi
Beynəlxalq ticarət və logistika ixtisası beynəlxalq ticarət əməliyyatlarının və beynəlxalq yükdaşımalarının həyata keçirilməsinin təşkili və texnikası ilə bağlı nəzəri və əməli bilikləri araşdıran bir sahədir. Bazar iqtisadiyyatı şəraitində gündən-günə geniş vüsat alan qloballaşma və inteqrasiya prosesləri bu ixtisas qarşısında beynəlxalq bazarları, mal-maddi dəyərlərin beynəlxalq alqı-satqısını, onların miqdarını, keyfiyyətini, son qiymətini, göndərilmə vaxtını, müddətini və beynəlxalq daşımalar öyrənməyi və nəticələri müvafiq biznes sahələrində praktiki olaraq tətbiq etmək bacarığına malik olan kadrlar yetişdirməkdir.
Ümumi müddəalar
1. Beynəlxalq ticarət və loqistika ixtisasının xarakteristikası
Logistika xərcləri minimuma endirmək və mənfəəti artırmaq üçün istehsaldan (təchizatdan) məhsulların satışına qədər proseslərin təşkili, yəni optimal həll yolunun axtarışıdır.
Əməliyyat logisti istehsal prosesinin maddi təminatını, materialların və hazır məhsulların saxlanmasını təşkil edir, həmçinin alıcılar və təchizatçılarla əlaqəni təmin edir.
2. Ali peşə təhsilinin təhsil proqramının xüsusiyyətləri
Logistika əmək bazarında nisbətən yeni bir ixtisasdır və ən çox tələb olunan on peşə siyahısına daxil edilmişdir. Təcrübəsi az olan mütəxəsislər satınalma menecerləri və ya koordinator vəzifələrinə iddialı ola bilər.
3. Abituriyent üçün tələblər
Əgər yaxşı ünsiyyət, əməkdaşlıq bacarığı olan və başqalarına mürəkkəb problemlərin həllində kömək etməyi sevən işgüzar insansınızsa, beynəlxalq ticarət və loqistika ixtisası uğurlu seçimdir.
4. Magistr təhsilini davam etdirmək imkanları
Müasir rəqabət şəraitində beynəlxalq ticarət yalnız müasir logistika idarəetməsi çərçivəsində həyata keçirilə bilər. Buna görə də beynəlxalq ticarət sahəsində mütəxəssislərin logistika ilə bağlı da hərtərəfli biliyə malik olması vacibdir. Bu istiqamətdə dərin bilik və bacarıqların, karyera yüksəlişi əldə etmək istəyənlər üçün magistr təhsili doğru seçimdir.
5. Təhsil proqramlarının əsas istifadəçiləri
Ticarətin sürətli inkişafı və ölkələr arasında əlaqələrin qurulması fonunda logistlərə ehtiyac durmadan artır. Hətta lazımi təcrübəsi olmayan gənc mütəxəssislər də asanlıqla perspektivli iş tapa bilərlər. Yüksək səviyyəli ixtisasa malik peşə nümayəndələri böyük dövlət və beynəlxalq şirkətlərdə nüfuzlu vəzifə sahibləri ola bilər.
6. Məzunun ixtisas xüsusiyyətləri
Bu ixtisas üzrə mütəxəssis, beynəlxalq ticarət kimi çox geniş və mühüm iqtisadi fəaliyyəti idarə edir.Uğurlu nəticələr əldə edilməsi üçün xarici bazarları araşdırır, qiymətləri təhlil edir, məhsulların istehlak xüsusiyyətlərinə və keyfiyyətinə olan tələbləri müəyyənləşdirir, məhsulların təchizatı və daşınmasını təşkil edir. Logistik funksiyaların icrası zamanı nəqliyyat növlərinin seçilməsi, marşrutun optimallaşdırılması, yükləmə-boşaltma işlərinin təşkili, anbarlaşdırma barədə zəruri qərarlar qəbul edir.
7. Peşəkar fəaliyyət sahəsi
Peşənin iddialı və aktiv nümayəndələrinə yaxşı qazanc gətirəcək sürətli karyera artımı təmin edilir. Bacarıqlarınızı daim təkmilləşdirirsinizsə, logistika forumlarında iştirak edirsinizsə və yeni bacarıqlar öyrənirsinizsə, bu peşəkar sahədə uğura arxalana bilərsiniz.
8. Peşə fəaliyyətinin obyektləri
Peşə fəaliyyətinin obyektlərinə istehsal, saxlama, daşıma, marketinq departamentlərində, yük və daşıma şirkətlərində, xarici ticarətin olduğu böyük şəhərlərdə dövlət sektorunun gömrük və liman idarəçiliyi şöbələrində idxal-ixrac daxildir.
9. Peşə fəaliyyətinin növləri və vəzifələri
Logistikanın optimallaşdırılması təkcə malların daşınması üçün deyil, həm də nəzarət və vergi xidmətləri ilə bağlı bütün zəruri ödənişlərin həyata keçirilməsi əsas vəzifələr daxilindədir.
10. Təhsil proqramının məqsədi
Bu ixtisası uğurla bitirən hər bir məzun beynəlxalq səviyyədə iqtisadiyyat, biznes, ticarət və logistika sahələrində yetərli biliyə sahib olmaqla, ölkə və qlobal iqtisadiyyatda baş verən prosesləri doğru təhlil etmək bacarığına sahib olacaq. Eyni zamanda, bu sahənin ən kiçik halqasından ən böyük halqasına qədər ətraflı öyrədildiyinə, biznesi qurma, onu inkişaf etdirmə, qlobal brendə çevrilmə, eləcə də buradakı gömrük proseslərinin bütün praktiki tərəfləri tədris olunduğuna görə, gömrük əməliyyatlarını tam yerinə yetirə bilən mütəxəssis hazırlanacaq.
11. Məzunun bilik və bacarıq kompetensiyaları
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
Milli dövlətimizin qarşılaştığı təhdidləri va çağırışları müəyyən etmə bacarıqlarına;
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
Məsələlərin həlli üçün əlavə malumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumləşdirmək və tətbiq etmək bacarıqlarına;
Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə malik olurlar.