
Keçirilmə yeri: Azərbaycan Memarlıq və İnşaat Universiteti
Məqalələrin son təqdimedilmə müddəti: 10.02.2025
Konfrans proqramının göndərilmə tarixi: 19.02.2025
Konfransın keçirilmə tarixi: 21.02.2025
Konfransın əsas istiqamətləri:
- Tikinti sferasında iqtisadi təhlükəsizlik və onun tənzimlənməsi istiqamətləri.
- İqtisadiyyatın sahələrində rəqəmsallaşmanın müasir vəziyyəti və təhlükəsizlik perspektivləri.
- İqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təhlükəsizlik strategiyası.
- İqtisadiyyatın milli təhlükəsizliyinin ümumi problemləri.
Konfransın işçi dilləri: Azərbaycan, Rus, İngilis.
Məqalələrin tərtibat qaydaları:
Məqalə və tezislər 12 Times New Roman şriftlə, 1 intervalla, A4 formatda (bütün
tərəflərdən 2.0 sm sahə) məqalələr üçün 3-5 səhifə həcmində, xülasə üçün 8-10 cümlə həcmində,
açar sözlər 6-8 termindən ibarət, cədvəllər rəngli qeyd olmadan Word və Excel proqramında
cədvəlin üstündə nömrələnməklə, düsturlar 12 şrifti ilə ayrıca obyekt şəklində ardıcıl
nömrələnməklə, şəkillər, diaqramlar çox açıq boz rəngdə bir obyekt kimi qeyd olunmaqla
qruplaşdırılmış formada olmaqla adları nömrələnməklə, müəlliflərə istinadlar böyük mötərizədə
birinci istifadə olunan ədəbiyyatın nömrəsi məs. [2.s.55], nəticələrdə elmi yenilik, praktiki
əhəmiyyət və perspektivlər haqqında qeydlər olmaqla elektron formatda qəbul olunur. Məqalə dili
azərbaycan və rus dilindədirsə sonda müəllifin adı, soyadı, ata adı, elmi adı, vəzifəsi, məqalənin
adı, xülasə və açar sözlər ingilis dilində yazılmalıdır. Məqalə dili ingilis və rus dilindədirsə sonda
müəllifin adı, soyadı, ata adı, elmi adı, vəzifəsi, məqalənin adı, xülasə və açar sözlər azərbaycan
dilində yazılmalıdır.
Məqalələr antiplagiat proqramı ilə yoxlanılacaqdır.
Konfrans materiallarının toplu halında çap edilməsi ödənişsizdir.
Konfrans materiallarının mətninə görə müəllif məsuliyyət daşıyır.
Məqalənin strukturu:
- Mərkəzdə BOLD (qara) şriftlə məqalənin müəlliflərinin adı, ata adı, soyadı; (sonda ingilis dilində yazılsın)
- Növbəti sətirdən hər müəllifin elmi adı və vəzifəsi, iş yeri, e-mail ünvanı; ORCID ID (sonda ingilis dilində yazılsın)
- Ortadan böyük hərflərlə BOLD (qara) şriftlə məqalənin adı; (məqalə azərbaycan dilindədirsə
sonda ingilis dilində) - İşin xülasəsi (məqalənin yazıldığı dildə, 8-10 cümlə həcmində);
- Növbəti sətrdən açar sözlər (məqalənin yazıldığı dildə, 6-8 söz həcmində);
- Məqalənin əsas mətni;
- Ədəbiyyat siyahısı.
Məruzələrin təqdim olunması:
Məqalələrin elektron versiyası mdes@azmiu.edu.az email ünvanına təqdim olunmalıdır.
Təqdim edilən məqalələr Konfransın mövzusuna uyğun olmadıqda Təşkilat Komitəsi onların
qəbulundan imtina edəcək və bu barədə müəllifə yazılı məlumat göndərəcəkdir. - Əlaqələndirici:
Konfransın kecirildiyi ünvan:AZ1073. Bakı şəhəri. A.Sultanova 5, Azərbaycan və Memarlıq
Universiteti Konfransın təşkilat komissiyası ilə əlaqə: - AzMİU.Sənayenin təşkili və idarə edilməsi kafedrası.
Konfransa məsul şəxs: i.ü.f.d., dos. Ruhəngiz Tofiq qızı Əliyeva
Konfransın elmi katibi: t.e.n., dos. Aydın Xalıq oğlu Nəbiyev - Konfrans materiallarının təqdim olunması:
Məqalələrin elektron versiyası mdes@azmiu.edu.az e-mail ünvanına təqdim olunmalıdır.
“Sənayenin təşkili və idarə edilməsi” kafedrası.
Telefon: +99412 538 94 57 daxili (6-36). Qərənfil Süleyman qızı, Qurbanova Qumru Məmmədşah qızı Şahverdiyeva
*** Məqalənin hazırlanmasına dair nümunə forması
MƏQALƏNİN ADI
Adı Ata adı Soyadı (azərbaycan və rus dilində)
Elmi adı, vəzifəsi
İş yeri
mail adresi
ORCID ID
Xülasə: Xülasənin mətni (Məqalənin yazıldığı dildə, 8-10 cümlə arası)
Açar sözlər: (məqalənin yazıldığı dildə, 6-8 söz)
Məqalənin əsas mətni
Ədəbiyyat siyahısı - İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş ədəbiyyatların adı
verilsin. - Əliyeva R.T., Şahverdiyeva Q.M., Azərbaycanda mənzil təsərrüfatının idarə edilməsinin
müasir vəziyyəti. Tikintinin iqtisadiyyatı və menecment, Elmi praktiki jurnal N2, s 152-
158, 2024 (nümunə) - MƏQALƏNİN ADI (ingilis dilində)
Adı Ata adı Soyadı (ingilis dilində)
Elmi adı, vəzifəsi (ingilis dilində)
İş yeri (ingilis dilində)
mail adresi
ORCID ID
Xülasə: Xülasənin mətni (8-10 cümlə arası) (ingilis dilində)
Açar sözlər: (6-8 söz, ingilis dilində)