Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ölkəmizin ikinci böyük şəhəri Gəncədə yerləşir.
Azərbaycanda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına 1920-ci ildən başlanılmışdır. Həmin il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Bakı Politexnik İnstitutu, dekabrın 14-də həmin İnstitutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılmış, fakültə 9 il fəaliyyət göstərmişdir.
Keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlanır. Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. 2019-cu ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ADAU-nun 100 illik tarixi ilə bağlı təqdim olunan sənədlərə əsasən 2019 0916 nömrəli Əmtəə nişanını “ADAU-1920” kimi təsdiq etmişdir.
Dövlət İmtahan Mərkəzi |
Əcnəbi tələbələrin qəbulu daxili qaydalara əsasən aparılır |
Qəbul balı | İxtisas |
---|---|
150 | Yerquruluşu və daşınmaz əmlakın kadastrı |
150 | Ekologiya |
150 | Bitki mühafizəsi |
150 | Baytarlıq təbabəti |
150 | Bağçılıq və tərəvəzçilik |
150 | Su bioehtiyatları və akvakultura |
176 | Dizayn |
190 | Zoomühəndislik |
193 | Meşəçilik |
195 | Şərabçılıq |
200 | Elektrik və elektronika mühəndisliyi |
200 | Kompüter mühəndisliyi |
200 | Maşın mühəndisliyi |
200 | Loqistika və nəqliyyat texnologiyaları |
200 | Əczaçılıq |
200 | Biotexnologiya |
200 | Energetika mühəndisliyi |
200 | Qida mühəndisliyi |
200 | Həyat fəaliyyətinin təhlükəsizliyi |
208 | Aqronomluq |
211 | Torpaqşünaslıq və aqrokimya |
211 | Aqromühəndislik |
217 | Meliorasiya mühəndisliyi |
296 | İnformasiya texnologiyaları |
Fakültə (məktəb) adları |
---|
Aqronomluq fakültəsi |
Torpaqşünaslıq və aqrokimya fakültəsi |
Baytarlıq təbabəti fakültəsi |
Zootexniklik fakültəsi |
Mühəndislik fakültəsi |
Aqrotexnologiya fakültəsi |
Aqrar İ̇qtisadiyyat fakültəsi |
Magistratura İxtisas adı |
---|
Torpaqşünaslıq və aqrokimya |
Aqronomluq |
Su bioehtiyatları və akvabitkilər |
Ekologiya |
MBA İxtisas adı |
---|
Biznesin idarə edilməsi |
1000-2000 ₼
1000-2000 ₼
500-1500 $
500-1500 $
Bəli
500-1000 nəfər
5