Azərbaycan Texniki Universiteti

AzTU

Missiya

Mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaq.

Nəticə
0

Universitet haqqında

Azərbaycanda texniki təhsilin əsası ilk dəfə 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakıda 4 sinifli texniki məktəbin yaradılması ilə qoyulub. Burada dülgərlik, xarratlıq, dəmirçilik və çilingərlik emalatxanaları fəalliyyət göstərirdi. Plana görə məktəbdə gündə ümumi fənləri öyrənmək üçün 3, ixtisasları mənimsəmək üçün isə 7 saat vaxt ayrılmışdı. 1900-cü ildə burada 124 nəfər təhsil alırdı. 1905-ci ilə qədər bu məktəbin mexanika şöbəsi üzrə 50, inşaat şöbəsi üzrə 55 nəfər buraxılışı olub. 1905-ci ilin yanvarında bu məktəb Mexanika-inşaat orta texniki məktəbi kimi fəalliyyət göstərməyə başlamışdı. 1910-cu ildə buradakı Mexanika şöbəsində neftmexanika və elektromexanika istiqamətləri üzrə mütəxəsislər hazırlayırdılar. Məktəbin tərkibində çilingər-torna, zərblə naxış vurma və heykəltəraş-daşyonma tədris emalatxanaları var idi. 1916-cı ildə orta texniki məktəbdə artıq 494 tələbə təhsil  alırdı. Onlardan cəmi 20 nəfəri azərbaycanlı idi. 1918-ci ilin ortalarında Azərbaycan Demokratik Respublikasının qərarına əsasən, Mexanika-inşaat orta texniki məktəbi Politexnikum adlandırılıb. 188 nəfər tələbəsi olan təhsil ocağında Neft sənayesi, Elektromexanika və Memarlıq-inşaat şöbələri fəaliyyət göstərib. O zaman Azərbaycanda cəmi 62 nəfər ali təhsillidən 12-si mühəndis olub.   14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə tərkibində Neft sənayesi, Elektromexanika və Memarlıq-inşaat şöbələri olan Bakı Politexnikumunun bazasında ali texniki mütəxəs­sislər hazırlayan Bakı Politexnik İnstitutu yaradılıb. Bu institutun tərkibində Neft sənayesi, Elektromexanika, İnşaat-mühəndis, Kənd təsərrüfatı və İqtisadiy­yat fakültələri fəaliyyət göstərib.   1923-cü ildən Bakı Politexnik İnstitutu Azərbaycan Politexnik İnstitutu adlandırılıb. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutu “İttifaq Neft”ə tabe olduğundan Azərbaycan Neft  İnstitutu adlandırılıb. Azərbaycan Politexnik İnstitutunun tərkibində olan Kənd təsərrüfatı” və İnşaat-mühəndis fakültələrinin bazasında 1929-cu ildə Gəncə şəhərində Kənd təssərufatı, 1932-ci ildə isə Bakı şəhərində İnşaat institutları yaradılıb. 1934-cü ilin yanvar ayında Azərbaycan Neft İnstitutu ilə İnşaat İnstitutu birləşdirilərək Azərbaycan Sənaye İnstitutu adlandırılıb. Azərbaycan Sənaye İnstitutunun tərkibində Memarlıq-inşaat, Neft-mexanika, Energetika, Neft-mədən, Dəmir yolu və Mühəndis-iqtisadiyyat fakültələri olub. Azərbaycan Sənaye İnstitutunda əsasən neft sahəsi üçün mühəndis kadrların hazırlanması, İkinci Dünya Müharibəsindən sonra xalq təsərrüfatının bütün sahələrinin bərpası, inkişafı, yeni sənaye müəssisələrinin açılmasının vacibliyi, müxtəlif sahələr üzrə mühəndis kadrlarının hazırlanmasına olan ehtiyac və Azərbaycanda müəyyən intellektual texniki potensialın olması Azərbaycan Politexnik İnstitutunun bərpa olunmasına imkan verdi. Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan indiki Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ilin noyabrında Bakı şəhərində tərkibində Mexanika, İnşaat,  Dəmir yolu və Hidromelio­rasiya  fakültələri olmaqla Azərbaycan Politexnik İnstitutu (AzPİ) adı altında yenidən yaradılıb.

Reytinqlər

Keyfiyyət göstəricisi

98%
Tələbə qəbulu fazi
6%
Tələbə-müəllim nisbəti
3%
Tələbə- Elmi dərəcəli müəllim nisbəti
3%
Xarici tələbə
43%
Məzunların işə qəbul olma faizi
Tələbə sayı
0

Məlumatlar

Qəbul forması

Dövlət İmtahan Mərkəzi
Əcnəbi tələbələrin qəbulu daxili qaydalara əsasən aparılır.

İxtisaslar və qəbul balları

Qəbul balıİxtisas
Statistika
Kimya mühəndisliyi
Sənaye mühəndisliyi
Maşın mühəndisliyi
Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
Nəqliyyat mühəndisliyi
Energetika mühəndisliyi
Hərbi kompozisiya materialları
Həyat fəaliyyətinin təhlükəsizliyi
Loqistika və nəqliyyat texnologiyaları
Hərbi rabitə sistemləri
Cihaz mühəndisliyi
Silah və silah sistemləri mühəndisliyi
Radiotexnika və telekommunikasiya
Materiallar mühəndisliyi
Metallurgiya mühəndisliyi
Mexanika
Aerokosmik mühəndislik
Mədən mühəndisliyi
Mühəndis fizikası
Qida mühəndisliyi
Optotexnika mühəndisliyi
Hərbi kompozisiya materialları
Menecment
Ekologiya mühəndisliyi
Mexatronika və robototexnika
Marketinq
İqtisadiyyat
Biznesin idarə edilməsi
Beynəlxalq ticarət və logistika
Nəqliyyatda servis (avtomobil)
Maliyyə
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Sistemlər mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi
Kompüter mühəndisliyi
Kompüter elmləri
İnformasiya texnologiyaları
İnformasiya təhlükəsizliyi
Fakültə (məktəb) sayı
0

Fakültə (məktəb) adları

Fakültə (məktəb) adları
Nəqliyyat və logistika fakültəsi
Energetika və avtomatika fakültəsi
Metallurgiya və materialşunaslıq fakültəsi
Maşınqayırma və robototexnika fakültəsi
İnformasiya və telekommunikasiya texnologiyalar fakültəsi
Xüsusi texnika və texnologiyaları fakültəsi
Alman mühəndislik fakültəsi
İqtisadiyyat və idarəetmə fakültəsi
Magistratura ixtisaslarının sayı
0

Magistratura ixtisaslarının adları

Magistratura İxtisas adı
Menecment
Biznesin idarə edilməsi
Kompüter elmləri
Materialşünaslıq mühəndisliyi
Dağ-mədən mühəndisliyi
Elektroenergetika mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Enerji maşınqayırma mühəndisliy
Metallurgiya mühəndisliy
Maşın mühəndisliyi
Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Cihazqayırma mühəndisliyi
Texnoloji maşın və avadanlıqlar
Elektrik mühəndisliyi
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
Mexanika mühəndisliyi
Kompüter mühəndisliyi
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Qida məhsulları mühəndisliyi
Poliqrafiya mühəndisliy
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
Biotibbi texnika mühəndisliyi
Ekologiya mühəndisliyi
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)
Silah və silah sistemlərinin istehsal texnologiyası
Optotexnika
Pirotexniki vasitələrin texnologiyası
Çoxkanallı radiorele və troposfer rabitənin yerüstü aparatlarının hazırlanması, istismarı və təmir
Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı
İnformasiya təhlükəsizliyi
Daha ətraflı https://www.aztu.edu.az/web_admin/upload/files/aztu.edu.az/menus/4-2024/magistr.pdf
MBA məktəbi (Magistratura) ixtisaslarının sayı
0

MBA məkətbi
(Magistratura) İxtisaslaşma adları

MBA İxtisas adı
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (risklərin idarə olunması üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi üzrə, tədris ingilis dilində) MBA
Biznesin təşkili və idarə edilməsi (kibertəhlükəsizlik üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (kibertəhlükəsizlik üzrə, tədris ingilis dilində) MBA
Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (beynəlzalq biznes üzrə, tədris ingilis dilində) MBA
Biznesin təşkili və idarə edilməsi (biznes və data analitikası üzrə) MBA
Biznesin təşkili və idarə edilməsi (biznes və data analitikası üzrə, tədris ingilis dilində) MBA

Elmi jurnal

Adı
Adı
Adı
Adı
Adı
MACHINE SCIENCE (MAŞIN ELİMİ)-İngilis dilində
Elmi Əsərlər

Yerli vətəndaşlar üçün təhsil haqqı (bakalavr)

1000-2000 ₼

Yerli vətəndaşlar üçün təhsil haqqı (magistratura)

1000-2000 ₼

Xarici vətəndaşlar üçün təhsil haqqı (magistratura)

500-1500 $

Xarici vətəndaşlar üçün hazırlıq təhsil haqqı (bakalavr)

500-1500 $

Yataqana mövcuddurmu?

Bəli

Yataq sayı

1001-2000 nəfər

1 tələbəyə düşən faydalı m2

10

Qallereya